04 yanvar 2019 12:22
2277

SOCAR-ın Təlim mərkəzlərindən 106 min nəfər məzun olub

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 500-ə yaxın peşə üzrə təlim və kurslar təşkil edəcək

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) 2019-cu il üzrə ixtisaslı fəhlə kadrların hazırlanması, eləcə də mühəndis-texniki işçilər üçün 500-ə yaxın peşə üzrə təlim və kursların təşkilini nəzərdə tutur.

SOCAR-dan "iki sahil"-ə bildiriblər ki, son 14 il ərzində təlim mərkəzlərini 106 min nəfər bitirib.

Qeyd edək ki, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi sifarişlər əsasında neft sənayesi və ölkənin digər sənaye sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanması, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulması, sənayenin və cəmiyyətin ehtiyaclarını ödəyən yüksək keyfiyyətli təlimlərin təşkili, sertifikatlaşdırma və beynəlxalq standartların nəzəri əsaslarının həyata keçirilməsində metodiki və texniki xidmətlərin göstərilməsi, o cümlədən dəniz neftçilərinə beynəlxalq müqavilələr əsasında beynəlxalq standartlara və beynəlxalq dəniz konvensiyalarının tələblərinə uyğun təlimlərin keçirilməsi məqsədilə fəaliyyət göstərir.