07 iyul 2020 22:50
1124

Türkiyə parlamentinə sədr seçilib

Türkiyə Böyük Millət Məclisi (TBMM) bu gün yeni sədrini seçib.  APA-nın xəbərinə görə, TBMM sədri yenə də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Mustafa Şəntop olub.

Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Türkiyə parlamentindəki millət vəkilləri də M.Şəntopun TBMM sədrliyinə namizədliyini irəli sürüb. M.Şəntop 3-cü turda 328 səslə TBMM-nin sədri seçilib.

Onu da bildirək ki, sədrlik uğrunda 5  namizəd yarışıb. M.Şəntop ona göstərilən etimada görə təşəkkür edərək bildirib ki, Türkiyə parlamentinin 100-cü ildönümündə TBMM-ə sədrlik edəcəyindən qürur duyur.