Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
30 oktyabr 2020 09:40
404

Türkiyədə “Qarabağ”a dəstək pankartı

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən “Qarabağ” – “Vilyarreal” matçının keçirildiyi “Başakşəhər Fatih Terim” (Türkiyə) stadionunun ətrafında Azərbaycan və “Qarabağ”a dəstək xarakterli plakatlar yerləşdirilib.

“İki sahil” “Qol.az”-a istinadən xəbər verir ki, Azərbaycan bayraqları ilə bəzədilən arenanın ərazisində “Yanındayıq Qarabağ”, "Avropa Liqasında uğurlar” tipli pankartlar açılıb.

Oyun üçün İstanbula yollanan azərbaycanlı jurnalistlər isə işğal altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparan Azərbaycana dəstəyini göstərən Türkiyəyə özünəməxsus minnətdarlığını çatdırıb. Arena kənarında üzərində “Təşəkkürlər Türkiyə” yazılan plakat açan jurnalistlər Türkiyə Cümhuriyyətinin yaranma günü ilə bağlı təbriklərini də çatdırıblar.

Xatırladaq ki, UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq “Qarabağ”ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. Bu səbəbdən Ağdam klubu "Vilyarreal"ı İstanbulda qəbul edir.