29 noyabr 2020 17:20
704

Uzun sürən həsrətdən sonra doğma yurda getməyin həyəcanı: Kəlbəcərdən eksklüziv görüntülər

Kəlbəcər rayonundan yeni görüntülər çəkilib.

"İki sahil" baku.tv-yə istinadla xəbər verir ki, videonu rayon sakini olan hərbçi lentə alıb. 

Görüntüləri izləyəndə onun hansı həyəxanı keçirdiyini, illərlə vətəninə, öz doğma yurduna görə necə həsrət çəkdiyini aydın sezmək mümkündür.

Hərbçi vaxtilə yaşadıqları kəndə gedərək, orada Azərbaycan bayrağını asıb.

Həmin görüntüləri təqdim edirik: