22 yanvar 2019 21:31
423

“Volvo” 200 mindən çox avtomobili geri çağırıb

İsveçin “Volvo” avtomobil konserni yanacaq sistemində problemlərin yaranması ilə əlaqədar dünyanın hər yerindən 200 mindən çox avtomobilinin geri çağırıldığını elan edib.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, çox güman, söhbət yanacaq şlanqındakı çatlardan gedir.

Hazırda konserndə zay sayılmış detallar ilə bağlı hər hansı şikayət qeydə alınmayıb. Lakin üzə çıxarılan qüsur onsuz da aradan qaldırılmalıdır. Bu, şirkət tərəfindən ehtiyat tədbiri kimi nəzərdən keçirilir.

Qeyd edək ki, zay detallar pulsuz əvəzlənəcək.