17 noyabr 2019 17:53
823

Xorvatiya, Almaniya, Hollandiya və Avstriya Avro-2020-də

Bu gün Avro-2020-nin seçmə mərhələsində 9-cu tura yekun vurulub.

Qol.az xəbər verir ki, turun son oyun günündə  4 qrupda 10 matç keçirilib. Yığmamız Bakıda Uelsə 0:2 hesabı ilə uduzub. E qrupunun digər oyununda Xorvatiya Slovakiyanı qəbul edib. Rəqibinə 3:1 qalib gələn meydan sahibləri Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

Bundan başqa, Almaniya, Hollandiya və Avstriya da Avro-2020-yə qatılmaq hüququ qazanıb.