04 oktyabr 2026 19:02
124

Azərbaycan millisi Litvanı məğlub edib

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib.

“İki sahil” xəbər verir ki,  Ayxan Abbasovun başçılıq etdiyi kollektiv D Liqasının 2-ci qrupunda Litva yığmasını sınağa çəkib. Bakıda "8-ci kilometr" stadionunda oynanılan qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev vurub. Bu nəticədən sonra xallarını 5-ə çatdıran Azərbaycan millisi qrupda liderliyi ələ keçirib. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında son oyununu noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.