21 noyabr 2019 17:01
719

YAP Qobustan rayon təşkilatı ağacəkmə kampaniyası keçirib - FOTO

Ötən gün  Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatı tərəfindən partiyanın yaranmasının 27 illik  yubileyi münasibətilə rayonun Cəngi kənd ərazisində 0,5 ha sahədə 1000 ədəd badam, küknar tingləri və şam ağacları əkilib.

Bu kampaniyada təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox saylı  tədbirlər və layihələr həyata keçirilir. Dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı  sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işi Qobustan rayonunda da uğurla həyata keçirilir.

Ağacəkmə kampaniyasında YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gulaliyev, təşkilatın əməkdaşları Qobustan rayon ərazi ilk partiya təşkilatlarının üzvləri, Yeni Azərbaycan Partiyasının fəalları,  iştirak ediblər.

Qeyd edək ki, Qobustan rayonunda ağacəkmə kampaniyası tədbirlər planına uyğun olaraq davam etdiriləcək.

Orxan Vahidoğlu, “İki sahil”