Vunderkindlər xüsusi qabiliyyətə sahib olan insanlardırlar. Onlar uşaq yaşlarından fərqli olduqlarını büruzə verirlər. Adətən bu qədər savadlı olmağın əsas səbəbi intelektual inkişafın güclənməsidir. Uşaq beş yaşına çatanda onun artıq intellektual qabiliyyətinin yarısı inkişaf etmiş olur. 8 yaşa çatdıqda isə onlar bütün potensiallarını nümayiş etdirirlər. Məhz həmin yaşlarda uşağın hansı istedada sahib olduğunu müəyyən etmək mümkün olur.
Maykl Kevin Kirni
Maykl 1984 – cü ildə Amerikada doğulub. O, son dərəcə sürətli inkişaf edib. Belə ki, Maykl dörd aylıq olanda danışmağa başlayıb. Məhz bu yaşda valideynləri onu həkimə aparır və orada o özü həkimə qulağı ağrıdığını söyləyir. Maykl 10 aylıq olanda nəinki oxumağa başlamışdı, o hətta sürətli şəkildə sözləri hecalamadan oxumağı bacarırdı. Lakin bu heyrətamiz istedadın hələ başlanğıcı idi. 6 yaşını tamamlayan Maykl artıq məktəbi bitirmişdi. Dörd ildən sonra isə o, kolleci də bitirmişdi.
Aelita Andre
Aelita 7 il bundan qabaq dünyaya göz açıb. İlk dəfə 9 aylıq olanda diqqəti özünə cəlb etməyi bacarıb. Məhz o vaxt Aelita rəsm əsərləri çəkməyə başlayıb. Bir müddət keçəndən sonra atası onun çəkdiyi rəsmlərin şəkilini çəkərək dostuna göstərməyi qərara alıb. Rəsmləri bəyənən dost onları özünün rəsm qalereyasında nümayiş etdirməyi planlaşdırıb. Lakin öyrənəndə ki bunaları iki yaşlı uşaq çəkib o heyrətlər içində olub. Sərgidə Aelitanın əsərləri baha qiymətə dəyərləndirlib.
Kleopatra Stratan
Kleopatra Stratan dünyanın ən azyaşlı müğənnisi hesab edilir. Kişinyovda dünyaya göz açan bu qızcığazın atası musiqi həvəskarı olub. Atası onu özü ilə birlikdə səsyazma studiyasına aparanda Kleopatranın 3 yaşı olub. “Ana” mahnısını oxumaq istəyən atanın musiqisini yarımçıq kəsərək bu mahnını bildiyini söyləyən Kleopatra atasından mahnını oxumağa icazə verməsini xahiş edib. Mahnını oxumağa başlayan zaman hər kəs heyrətlər içərisində qulaq asmağa başlayıb. Onun möhtəşəm səsi var. Bundan sonra, ata Kleopatra ilə birlikdə musiqi yazdırmaq qərarına gəlir.
Kleopatranın ilk debüt albomu elə iki yaşında çıxıb. İki ildən sonra isə balaca Stratanın ikinci albomu işıq üzü görüb.
Akrit Yasval
Akrit Yasval – Hindistanda dünyaya gəlib və bu ölkənin ən ağıllı insanı hesab olunur. Vunderkind ilk dəfə 2000 – ci ildə diqqəti özünə cəlb etməyi bacarıb. Belə ki, onun 8 yaşı olanda qonşusu güclü şəkildə əlini yandırıb. Balaca, lakin istedadlı uşaq heç bir tibbi savada malik olmadan qızın əllərində “cərrahi” əməliyyat aparıb. “Əməliyyatdan” sonar əli yanan qızın barmaqlarının hərəkəti bərpa olub. Bu istedad uşaqda təsadüfü olmayıb, çünki uşaq yaşlarından onun tibbə marağı güclü olub. Məhz elə bu səbəbdəndə Akrit 12 yaşında Tibb Universitetinə daxil olub, 17 yaşında isə maqistr dərəcəsinə qədər yüksəlib.
Qreqori Smit
Düşünürəm ki, hər kəsin Nobel mükafatı haqqında anlayışı var. Onun naminantlarından biri 12 yaşında Qreqori Smit adlı oğlandır. O, 90 – cı ildə ABŞ – da dünyaya gəlib. İki yaşında Qreqori oxumağı öyrənmişdi və 8 il keçəndən sonra universitetə daxil olub. Altı ildən sonra Qreqori mükəmməl şəkildə universiteti bitirib. Bundan başqa, Qreqori başqa elmi dərəcələrə sahib olub.
Saul Aaron Kripke
Saul ABŞ – da dünyaya gəlib. İlk məktəb illərində o artıq bir neçə dili mükəmməl şəkildə bilirdi. Sonralar cəbr fənni onu ağuşuna alır. Harvard Universitetində ona dərs demək təklifini edirlər, lakin o, bu təklifi rədd edir. Saul üçün ən əsası məktəbi bitirib sonra işləmək idi. Elə də oldu. Ona çox yerlərdən iş təklifi gəldi, lakin o, oxumağı üstün tutdu.
Kim Unq- Yonq
1963 – cü ildə Koreyada Kim Unq-Yonq adlı uşaq dünyaya göz açır. O, planetin ən ağıllı adamı hesab olunur. Kim beş yaşında olanda o, bir neçə dildə danışa bilirdi. Unq -yonq “Qinnesin Rekordlar Kitabına” daxil olub. O, dünyanın ən yüksək intellekt əmsalına sahib olan insan hesab olunur.
Könül Əliyeva, “İki sahil”