01 fevral 2019 13:40
462

Şəki və Ağsu sakinlərindən silahlar aşkarlanaraq götürülüb

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının Sığırlı kəndində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağsu rayon sakinləri X.Məmmədov, F.Şahbazov, K.Cabbarov, P.Gülmalıyev saxlanılıb. Onlardan dörd ədəd ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Şəkinin Baş Zəyzid kəndinin sakinləri Ə.Kərimov, H.Ağaşirinov, A.Musayev və M.Kərimov daxil olmuş məlumat əsasında yaxalanıb. Onlardan müvafiq sənədləri olmayan üç ədəd “TOZ” markalı tüfəng və 32 patron aşkarlanaraq götürülüb və Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.