Bildiyiniz kimi, SOCAR-da işə qəbul Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan boş iş yerləri (vakansiyalar) şirkətin veb-saytının “karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunur. İşə qəbul müsabiqəsində iştirak etmək istəyən vətəndaşlar qeyd olunan sayta daxil olaraq ixtisas (peşə) və iş təcrübələrinə uyğun vakansiyalara elektron qaydada müraciət edə bilərlər.
Eyni zamanda bildirmək istəyirik ki, 2019-cu ilin əvvəlindən etibarən şirkətimizin veb-saytında 529 vakant yer üzrə 316 adda vakansiya elan olunmuşdur. Hal-hazırda şirkətdaxili elana (sadəcə SOCAR əməkdaşları üçün) 20 vakansiya, şirkətxarici elana isə 18 vakansiya olmaqla ümumilikdə 38 vakansiya elana yerləşdirilmişdir.