03 aprel 2019 10:52
90259

Qan analizi nəticələrini özünüz deşifrə edə bilərsiniz

Tibbi təhsiliniz yoxdursa, qan analizi nəticələrini təhlil etmək sizin üçün çətin ola bilər. Həmin nəticələri adətən həkimlər başa düşürlər. Ancaq qan analizi nəticələrini özünüzün təhlil etməyiniz yəqin ki, işinizə yarayar.

1. Hemoqlobin (Hb)

Bu protein kompleksinin əsas funksiyası oksigeni ağciyərlərdən toxumalara köçürmək və CO2 əmələ gətirməkdir. Hemoqlobin qırmızı qan hüceyrələrinin əsas komponentidir.

Norması: kişilərdə-130-160 q/l, qadınlarda 120-140 q/l

Hemoqlobin aşağıdırsa, bu qan itkisi və ya mövcud anemiyadan xəbər verir. Onun yüksəlməsi isə dehidrasiyanın, qan xəstəliklərinin, ürək çatışmazlığının əlaməti ola bilər.

2. Eritrositlər

Tərkibində hemoqlobin olan qan hüceyrələridir.

Sağlam insanlarda dağlarda, yüksək hündürlükdə qırmızı qan hüceyrələrinin artması müşahidə edilə bilər. Ancaq, ümumiyyətlə, eritrositlərin çoxluğu bronx, ağciyər, böyrək, qaraciyər və ya ürək xəstəliklərinin əlamətidir. Azlığı isə anemiya, kəskin qan itkisi, xroniki iltihabi prosesləri göstərir.

Norması: kişilərdə-4,0-5,1 10 hüceyrələr / l, qadınlarda 3,7-4,7 10 hüceyrə/ l

3. Leykositlər

Ağ qan hüceyrələri sümük iliyi və limfa düyünlərində hasil edilir.

Bədənin toksinlərə, viruslara və bakteriyalara qarşı qorunmasında böyük rol oynayır.

Norması: 4,0-9,0  10 hüceyrə/l

Leykositlərin çoxluğu iltihabdan və ya orqanizmin hər hansısa bir hissəsində bakterial infeksiyadan xəbər verir. Bəzən leykositlərin sayı güclü stresdən, fiziki gərginlikdən də yüksələ bilər.

Virus infeksiyaları, ağrıkəsicilərin tez-tez qəbulu və antikonvulsantlar leykositlərin sayının azalmasına səbəb olur.

4. Trombositlər

Qanın laxtalanmasına cavabdeh olan hüceyrələrdir.

Norması: 180-320  10 hüceyrə/l

Trombositlərin yüksək olması vərəm, xoralı kolit və ya qaraciyər serrozunun əlaməti sayılır.

Onların qanda sayının kəskin azalması isə spirtli içki qəbulu, ağır metallarla zəhərlənmə, qan xəstəlikləri, böyrək çatışmazlığı, qaraciyər, dalaq xəstəlikləri, hormonal pozuntu zamanı baş verə bilər.

5. Eritrositlərin çökmə sürəti (EÇS)

Norması: kişilərdə - 2-10 mm/s,  qadınlarda - 2-15 mm/s.

EÇS-nin normadan yüksək olması infeksiya, iltihab, anemiya, böyrək xəstəlikləri, hormonal disbalans və s. əlaməti ola bilər.

Normadan aşağı olması isə  qan dövranının pozulması və anafilaktik şok zamanı müşahidə edilir.

6. Qlükoza

Qanda şəkəri göstərir.

Norması: 3,5-6,5 mmol/l

Qanda qlükozanın çoxluğu şəkərli diabetin, az olması isə qeyri-müntəzəm qidalanma və hormonal pozuntuların əlamətidir.

7. Ümumi protein

Norması: 60-80 q/l

Adətən kəskin pəhrizlərdən sonra, qaraciyər və böyrək problemlərində aşağı düşür.

8. Ümumi bilurbin

Norması: 20,5 mmol/l

Hepatit xəstəliyində, öddaşı xəstəliklərində və  qırmızı qan hüceyrələrinin məhv olması zamanı ümumi bilurbinin norması yüksəlir.

9. Kreatinin

Qaraciyərin işinin göstəricisidir.

Norması: 0,18 mmol/l

Kreatinin maddəsinin qanda yüksəlməsi böyrək çatışmazlığının əlaməti hesab edilir.

Nubar Süleymanova, “İki sahil”