11 aprel 2019 12:20
37238

Burun qanamasının bilinməyən səbəbləri

Burun qanaması intranazal adlanan burunun iç hissəsinin hər hansı bir bölgəsindən qaynaqlana bilər.  İnsanların 60%-i ən azı bir dəfə burun qanaxmasını yaşayır. Burun qanaması özü-özünə dayandığı kimi, bəzən həyati təhlükə yaradacaq vəziyyətlərə də səbəb ola bilər.

Uşaqlar və 50 yaşından yuxarı insanlar bu vəziyyətlə daha çox qarşılaşa bilərlər. Kişilərdə qadınlara nisbətən daha çox olur. Burunun ön hissəsindəki damarlardan yaranan qanama anterior, arxa hissəsindəki damarlardan yaranan qanama isə posterior qanama adlanır.

Burnumuz niyə qanayır?

Uşaqlarda daha çox ön burun qanamaları, yaşlı adamlarda isə arteriyoskleroz və ya hipertenziya səbəbi ilə burun qanamaları baş verir. Burun qanamalarının çoxu burunun ön hissəsində kapilyarların zədələnməsi nəticəsində yaranır. Quru və isti iqlimlərdə burunun daxilindəki örtüyün quruması və qıcıqlanması da qanamalara səbəb olur. Uşaqlarda burunla oynama və hətta bir az toxunmaları halında belə burun qanaması baş verə bilər. Bu tip qanamanın qarşısını almaq, nəzarət etmək asandır, hətta özbaşına da dayana bilər.

Arxa burun qanamaları tez-tez orta və yuxarı yaşlı insanlarda və xüsusilə təzyiq xəstəliyi olanlarda və ya burun və üz yaralanmaları baş verdikdə görülür. Burun içində yuxarı arxa bölgələrdən qanama olur və şiddəti normal burun qanamasından daha yüksəkdir. Bu tip qanamaların yoxlanması çətindir, xəstəxanaya yerləşdirmə və əlavə prosedurlar tələb oluna bilər.

Səbəbləri:

* Allergiya, infeksiya və ya quruluq hallarında

* Üst tənəffüs yolu infeksiyaları sonrası

* Güclü burun təmizləməsi nəticəsində

* Kortizon ilə burun spreyinin yanlış və uzun müddətli istifadəsi

* Burun travması, burun sınığı, üz və kəllə sınıqları

* Qanama xəstəliklərindən və qan durulaşdırıcı dərman qəbulu nəticəsində

Burun qanaması olan insan həkimə nə zaman müraciət etməlidir?

* Burun qanaması tez-tez təkrarlanırsa

* 10 dəqiqə sıxılmasına baxmayaraq qanama davam edərsə

* Soyuq tərləmə, göz qaralması və ya həssas hissi yaranırsa

* Sürətli ürək döyüntüsü və ya nəfəs alma çətinliyi yaranarsa

* Qanlı qaytarma ilə müşayiət olunarsa

* Burun xaricində sidikdə də qanama varsa

* Bədəndə çox zəif zərbələrdən göyərtilər yaranırsa

* Qan durulaşdırıcı dərmanlar əks təsir göstərdikdə

* Qan xəstəliyi, qanama pozuqluğu yarandıqda

Burun qanaması zamanı doğru müdaxilə çox vacibdir

Qanaması olan insanı sakitləşdirməyə çalışın. Stress və qorxu qan təzyiqini artırmaqla qanamanın şiddətini artıra bilər. Qanın mədəyə getməsinin qarşısını almaq üçün qanaxması olan insan beli üstə uzadılmalıdır. Burnun qığırdaq olan ön hissəsi tam şəkildə tutmaq şərtilə baş barmaq və işarət barmağı ilə 5 dəqiqəyə sıxılmalıdır. Bunun sayəsində burun qanamasının qarşısı bir müddət alınmış olur. Qanama dayanmırsa, dərhal ən yaxın səhiyyə müəssisəsinə müraciət edin.

Burun qanamalarının qəti həlli səbəbin müalicəsi ilə ortaya çıxır. Ön burun hissəsində yaranan qanaxmalar (bu tip qanaxmalar adətən kiçik və təhlükəsiz olur) kiçik bir tampon müdaxiləsi ilə dayandırıla bilər. Qanama dayandıqda yumşaldıcı maddələr və yara sakitləşdirici kremlər tövsiyə edilir. Təkrarlanan burun qanamaları zamanı mütləq qulaq burun-boğaz mütəxəssisinə müraciət edilməlidir. Endoskopik müayinə burun qanamasının yerini təyin etmək üçün istifadə edilə bilər. Qanamaya səbəb olan damarlar kimyəvi və ya elektrikli vasitələrlə yandırıla bilər. Qanamaya səbəb burun əyriliyi və ya burunda yaranan artıq ət problemidirsə, cərrahi üsullar tətbiq edilir. Burun boşluğunda şişin yaranmasından şübhə duyulursa, müayinə olunmalı  və lazımi müalicə edilməlidir. Posterior burun qanamalarında burun arxasına qanama sahəsinə təzyiq tətbiq etməsi üçün xüsusi tamponlar tətbiq olunur.

Röya Rasimqızı, “İki sahil”