30 ildir ki “Simpsonlar” cizgi filmində Liza adlı qəhrəmanı səsləndirən aktrisa Yeardley Smith hesab edir ki, filmin buraxılışını dayandıracaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın “The Hollywood Reporter” jurnalı yazıb.
Aktrisa bildirir ki, “Simpsonlar” ailəsi qürub dövrünü yaşayır, çünki Fox telekanalında translyasiya olunan serialın hüquqları “21st Century Fox” holdinqindən “Disney” kinostudiyasına ötürülüb.
“Mən səhv edə bilərəm, ancaq hiss edirəm ki, onlar serialı bağlayacaqlar”, - deyə Y. Smith əlavə edib.
Buna baxmayaraq “The Hollywood Reporter” bu hadisəni şayiə və spekulyasiya adlandırıb.
Qeyd edək ki, “Simpsonlar” Amerika televiziya tarixində ən çox serialı olan cizgi filmidir.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub