19 aprel 2019 15:31
698

Qəbələdə sərgi keçiriləcək

Aprelin 20-də Qəbələdə Azərbaycanda turizmin inkişafına həsr olunan forum çərçivəsində fiziki cəhətdən məhdud şəxslərin hazırladığı əl işləri sərgisi keçiriləcək.

Bu barədə “İki sahil”ə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva deyib. S.Babayeva vurğulayıb ki, tədbirin təşkilatçısı “Tourism Lab” MMC-dir: “Forum zamanı turizm sənayesinin, eləcə də regionlarda qadın sahibkarlığının inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.”

Assosiasiya rəhbəri bildirib ki, forumda turizm, rəqəmsal texnologiyalar, sahibkarlıq və digər sahələr üzrə mütəxəssislər iştirak edəcək.

Orxan Vahidoğlu, "İki sahil"