Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"İki sahil" "Report"a istinadən xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan 585 nömrəli sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.