25 aprel 2019 17:50
1233

Formula 1 Azərbaycan Qran-Prisi: DRS zonaları

Formula 1 Azərbaycan Qran-Pri yarışları ərəfəsində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidməti Bakı trasında yerləşən DRS zonalarını elan edib. Federasiyada DRS zonalarının sayını artırmayıblar və bu zonalar dəqiqliklə ötənilkini təkrarlayır.

Birinci DRS zonasından əvvəl bolidlər arasındakı intervalın ölçü nöqtəsi təhlükəsizlik maşınının ikinci xətti ilə üst-üstə düşür. Sistem ikinci döngədən 52 metr sonra istifadə edilə bilər.

İkinci DRS zonasının ölçü nöqtəsi 20-ci döngənin sərt hissəsində yerləşir. Sistemi döngədən 347 metr sonra aktivləşdirmək mümkündür.

Ötən illə müqayisədə trasda əhəmiyyətli dəyişikliklər olmayıb.