26 aprel 2019 11:59
1812

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ixtisasartırma kursu təşkil edib - FOTO

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzində Dövlət Neft Şirkətinin müəssisə və təşkilatlarında çalışan aidiyyəti işçi heyəti üçün “Ultrasəs qalınlıq ölçmə” I səviyyə ixtisasartırma kursu təşkil olunub.

“İki sahil” xəbər verir ki, SOCAR-ın ayrı-ayrı struktur bölmələrinin və "Ümid-Babək" Əməliyyat Şirkətinin əməkdaşlarının iştirak etdikləri kursun keçirilməsində əsas məqsəd qaynaq işləri görülərkən təhlükəsiz iş şəraitinin yaradılması və qaynaq işlərinə nəzarətin düzgün təşkilidir. Kursda dinləyicilərə qeyri-destruktiv müayinə (NTD) metodları, ultrasəs müayinəsinin fiziki prinsipləri, prob tipləri, standart kalibrasiya blokları ilə kalibrasiya, məsafə kalibrasiyasının yerinə yetirilməsi, standartlar və normalar haqqında ətraflı məlumat verilir.

Orxan Vahidoğlu, “İki sahil”