Milyonlarla tamaşaçı kütləsi toplayan “Ulduz savaşları” filminin aktyoru Piter Meyhyu vəfat edib.
74 yaşlı aktyor Texasdakı evində gözlərini əbədi olaraq yumub. Bu barədə mərhumun ailəsi açıqlama verib. Açıqlamada Meyhyunun ölüm səbəbi ilə bağlı heç bir məlumat verilməyib. Aktyor filmdə Çevbakka obrazını canlandırmışdı.
Piter Londonun Barnes rayonunda anadan olub. Aktyorluqdan əvvəl Londondakı “King’s College Hospital”da işləyib. İlk dəfə 1977-ci ildə “Sindbad və pələng gözü” filmi ilə səhnəyə çıxıb. Sonradan isə rejissor Corc Lukas onu “Ulduz savaşları” filminə dəvət edib. 2005-ci ildən ABŞ vətəndaşıdır.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub