07 may 2019 10:08
755

İtaliya A Seriyası: “Milan” vacib qələbə qazanıb - VİDEO

Mayın 6-da İtaliya A Seriyasının 35-ci turuna yekun vurulub.

Turun sonuncu qarşılaşması “San Siro” stadionunda təşkil olunub. “Milan” doğma azarkeşlər önündə “Bolonya” klubunu qəbul edib.

Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb - 2:1.

Oyunda hesabı Milan təmsilçisi açıb. Suso adını tabloya yazdırıb - 1:0. Qarşılaşmanın növbəti qolu ikinci hissəsinin 67-ci dəqiqəsində vurulub. Qapıçının qaytardığı topu hamıdan tez yetişən Fabio Borini bir toxunuşla qapıdan keçirdib 2:0. Oyunun 72-ci dəqiqəsində hesab arasındakı fərqi azalıb. Meydana təzəlikcə girən Matias Destro adını tabloya yazdırıb - 2:1.

Matçın 74-cü dəqiqəsində maydan sahiblərin futbolçusu Lukas Paketa ikinci sarı vərəqəsini alaraq meydandan qovulub.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Bu qələbə sayəsində “Milan” xalların sayını 59-a çatdıraraq turnir cədvəlində beşinci, “Bolonya” isə 37 xalla 15-ci yerdə qərarlaşıblar.