Mayın 9-da Mingəçevir “ASAN Həyat” kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə konsert proqramı təşkil olunacaq.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, “ASAN xidmət”, Mingəçevir Şəhər İcra Hakimiyyəti və ASAN Radionun birgə təşkilatçılığı ilə gerçəkləşəcək konsert sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadacaq.
Konsert proqramında Xalq artisti Brilliant Dadaşova çıxış edəcək.
“ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub