Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev ilk məşqi üçün Təl-Əviv Expo Mərkəzinin səhnəsinə çıxıb.
"İki sahil" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Çingiz “Truth” mahnısını canlı ifa edərək şousunu göstərib. Səhnədə üçbucaq formal, kənarları işıqlı dekorasiya qurlaşdırılıb, arxa fonda mavi dalğa effektləri verilib və qadın sürəti peyda olub. Bundan əlavə, səhnədə iki ədəd robotdan istifadə olunub. Həmin robotlar qollarındakı lazerlərlə müğənninin üzərinə ürək şəkli həkk etdirir. Həmçinin Çingizi 5 bek-vokalçı müşayiət edib.
Press otağında ifaçının performansı hər kəsi təəccübləndirib və alqışlanıb. Çingizin məşqi bukmeyker proqnozlarına da təsir edib. Belə ki, 13-cü sırada qərarlaşan Azərbaycan sürətlə 6-cı pillədə öz yerini tutub.
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçiriləcək
Xalq artisti Tünzalə Ağayeva Xorvatiyada “Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi - VİDEO
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası