Bununla o, psixoloji olaraq beyni və ruhu boyaların köməkliyi ilə necə təmizləmək lazım olduğunu qeyd edib
Yorulmusan- Çiçək şəkli çək.
Əsəbisən- Düz xətt çək.
Ağrıyırsan- Plastilindən fiqur düzəlt.
Darıxırsan- Vərəqdə rəngbərəng fərqli güllər çək.
Kədərlisən- Göy qurşağı çək.
Qorxursan- Makrame hör və ya parçalardan müxtəlif formalar hazırla.
Həyəcan hiss edirsən- Motanka gəlinciyi hazırla.
Qəzəblisən- Kağızı kiçik hissələrə cır.
Narahatsan- Oriqami hazırla.
Qəmginsən- Naxış çək.
Xatırlamaq istəyirsən- Labirint çək.
Məyussan- Hansısa şəklin eynisini çək.
Ümidini itirmisən- Yol şəkli çək.
Nəyisə anlamaq istəyirsən- Mandal formaları çək.
Gücünü tez bərpa etmək istəyirsən- Peyzaj çək.
Vəziyyəti yadda saxlamaq istəyirsən- Rəngli ləkələr çək.
Fikirlərini sistemləşdirmək istəyirsən- Kvadrat rəsmi çək.
Özünü və arzularını aydınlaşdırmaq istəyirsən- Kollaj düzəlt.
Fikrini düşüncələrinə cəmləmək istəyirsən- Nöqtələrlə şəkil çək.
Vəziyyətdən ən yaxşı çıxış yolu tapmaq istəyirsən- Dalğa və dairə çək.
Bir nöqtədə qaldığını və irəliləmək lazım olduğunu düşünürsən- Spiral şəkli çək.
Fikrini hədəflərinə cəmləmək istəyirsən- Tor və hədəf lövhəsi çək.
Röya Rasimqızı, “İki sahil”