10 may 2019 17:28
2006

Dünyanın ən bahalı atı -  Qiyməti 110 milyon avrodur

Hazırda 140 xalla dünyanın ən yaxşı atı hesab olunan çempion “Frankel”in bazar qiyməti açıqlanıb.

Atın real qiyməti 110 milyon avrodur. İngilis atı indiyə qədər çıxdığı 14 yarışın heç birində məğlub olmayıb. “Frankel” yarışlarda sahibi, Səudiyyə Ərəbistanı şəhzadəsi Xalid Abdullaha 50 milyon funt pul qazandırıb. Onu hər gün minlərlə şəxs ziyarət edir. 

Qeyd edək ki, “Frankel” dəyərinə görə bu il “Yuventus”a 105 milyon avroya transfer olunan Kristiano Ronaldo ilə müqayisə olunur.