Bir qrup mədəniyyət və incəsənət xadiminə Prezidentin fərdi təqaüdləri veriləcək
Prezident İlham Əliyev Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Abdullayev Ağasəlim Sahib oğlu
Ağamalızadə Müzəffər Məmməd İbrahim oğlu
İslamzadə Akif Qədir oğlu
Quliyeva Səidə Əbülfəz qızı
Mütəllimova Firəngiz Bəhər qızı
Nərimanova Zemfira Əli qızı
Rəhimli İlham Əziz oğlu.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub