20 may 2019 14:46
3363

Neft Daşlarında ekoloji problemlərin həlli prioritetdir

Neft Daşlarında ekoloji problemlərin həlli hər zaman prioritetdir. Bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir, nəticə isə fotoşəkillərdə göründüyü kimi göz önündədir.

“Neft Daşları” NQÇİ-də qazlift sisteminin etibarlılığının artırılması, havaya atılan qazın qarşısını almaq, həmin çirkləndiricilərin atılmasının minimuma endirilməsi və mərkəzi yığım sisteminə qoşulması üçün 8 ədəd NQK tipi kompressorlar quraşdırılıb, 20 ədəd sıradan çıxmış NQK-lar yenisi ilə əvəz olunub və səmt qazının tutulması ilə bağlı müxtəlif diametirli boru xətləri çəkilib.

“Neft Daşları” NQÇİ-də lay sularının yığılması və utilizasiya məqsədilə 2A saylı MNYM-DƏ gündəlik gücü 4400 m3 olan müasir tipli FLS şirketinin istehsalı olan lay sularının təmizlənməsi qurğusu quraşdırılıb istifadəyə verilmişdir. Neft Daşları NQÇİ-nin fəaliyyət sahələrində formalaşan lay sularının tam qapalı sistemdə idarə olunması təmin olunur...

“Neft Daşları” NQÇİ-nin yataqxanalarında formalaşan məişət çirkab suları BİOMAS-P tipli bioloji təmizləyici qurğuda mərhələlər üzrə təmizlənir, natrium hipoxloridlə dezinfeksiya olunur və tam zərərsizləşdirildikdən sonra dənizə axıdılır. Qurğunun giriş və çıxışlarından hər ayda bir dəfə nümunələr götürülür, Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasında analiz olunur. Analiz nəticələri göstərir ki, məişət çirkab suları müvafiq normalar səviyyəsində təmizlənir. Budan əlavə son illər ərzində özüllərdə və meydançalarda 8 ədəd modul tipli bioloji qurğu quraşdırılıb və istifadəyə verilib.

“Neft Daşları” NQÇİ-də 5000 m2 ərazidə qazon əkilib, yaşıllaşdırma işlərinin aparılması məqsədilə 550 ağac və 13575 kol və gül bitkiləri əkilib. NQÇİ-nin fəaliyyət sahələrində salınmış yaşıllıqlara müvafiq qaydada aqrotexniki qulluq göstərilib.

Ərazilərində formalaşan məişət tullantılarının tam zərərsizləşdirilməsi məqsədilə müasir tipli “İNCİNERATOR- soba quraşdırılıb.

Gündəlik gücü 500 m3/gün olan PWS SWRO-500 tipli 2 ƏKS-OSMOS qurğuları su çənləri parkında quraşdırılıb və istifadəyə verilib. Şirinləşdirilmiş dəniz suyu QTS-də qızdırıldıqdan sonra gün ərzində yataqxana korpuslarına verilir. Bundan əlavə olaraq 1887, 2585, 620, 2521 saylı SDÖ-də modul tipli əks-osmos qurğuları istifadəyə verilib. Bunun nəticəsində şirinləşdirilən dəniz suyundan texniki məqsədlər üçün istifadə edilir. Nəticədə böyük həcmdə içməli suya qənaət edilib.