Məşhur dünya ulduzu Cennifer Lopez “It's May Party'” qastrol səfəri çərçivəsində Türkiyənin Antalya şəhərində də çıxış edəcək.
“Ölkə.Az” xəbər verir ki, konsert 6 avqust tarixinə planlaşdırılsa da, Lopezin istək və tələbləri ilə dolu siyahı artıq məlum olub.
49 yaşlı ulduz otelin “Kral Villası”nda qalacaq. Bu otağın bir gecəlik qiyməti 25 min lirə, yəni 6000 manatdır. Bundan başqa Lopez aşağıdakı siyahını da göndərib.
1.Nömrədə tempratur 14 dərəcə olacaq;
2.Dekorasiya ağ rəngdə olacaq;
3.Yataq otağında ağ qızılgül və zambaqlar olacaq. Qreyfrut və limon çiçəyi qoxuyan şamlar yerləşdiriləcək;
4.Şokolad, qurabiyə, çips və meyvə olacaq;
5.Yeməklər villanın mətbəxində hazırlanacaq.
Qeyd edək ki, Cennifer iki saatlıq çıxışı üçün 2 milyon lirə, yəni 560 min manat qonorar qazanacaq.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub