31 may 2019 13:50
964

Bu gün İranda beynəlxalq Qüds Günü qeyd olunur

Bu gün İranın böyük şəhərlərində Beynəlxalq Qüds Günü ilə əlaqədar olaraq kütləvi aksiyalar keçirilir.

AZƏRTAC xəbər verir ki, Tehranda keçirilən aksiyada bir milyondan çox insan iştirak edib. Aksiya iştirakçıları Fələstin xalqına azadlıq tələb ediblər. Aksiyada dövlət rəsmiləri və nazirlər də iştirak ediblər.

Qeyd edək ki, fələstin xalqının mübarizəsinə dəstək olmaq üçün İran İslam İnqilabının banisi Ayətullah Xomeyni 1979-cu ilə Qüds Günü təsis edib. Həmin dövrdən başlayaraq Ramazan ayının sonuncu cümə günü İranda Qüds Günü kimi qeyd olunur.