19 fevral 2016 19:50
227

TTSİ-də növbəti audit keçirilib

SOCAR-ın bütün müəssisələrinin təyinata uyğun sertifikatlaşdırılmasını reallaşdıran Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi qaynaqçıların hazırlanması, sertifikatlaşdırılması və attestasiyasını TS EN ISO/IEC 17024 “Personal sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar” beynəlxalq standartının tələblərinə uyğun həyata keçirir.

Bu sahədə görülən işlərin yetərliliyinin müəyyən edilməsi ilə əlaqədar olaraq TTSİ-də 17-18 fevral tarixlərində Türk Akkreditasiya Təşkilatının nümayəndəsi Receb Ayvalık və TURKAK-ın texniki mütəxəssisi Arzu Yağcının iştirakı ilə növbəti audit keçirilmiş, beynəlxalq standartın tələblərinin müəssisədə yerinə yetirilməsi vəziyyəti yoxlanılmışdır.

Bu münasibətlə keçirilmiş təbdirdə İdarənin rəisi Fuad Süleymanov auditorların nəzərinə çatdırmışdır ki, TTSİ təşkilat və fərdi müraciətlərə əsasən TS EN ISO/IEC 17024 beynəlxalq standartının tələb və şərtlərinə uyğun müxtəlif qaynaq metodları üzrə qaynaqçı personalının nəzəri və praktiki sınağını həyata keçirir. Bu sınaqlardan müvəffəqiyyətlə keçən qaynaqçılara “SOCAR” və ya beynəlxalq “TÜRKAK” loqolu sertifikatlar təqdim olunur.

Qapanış toplantısında çıxış edən auditorlar görülən işləri müsbət qiymətləndirmiş və akkreditasiya müddətinin davamına qərar verilmişdir.