Ukrayna prezidenti Vladimir Zelenski Milli İnvestisiya Şurasının tərkibinə dəyişikliklər daxil edərək özünü sədr təyin edib.
V. Zelenski bununla bağlı iyunun 21-də müvafiq fərman imzalayıb.
Həmçinin Şuraya öz razılıqları ilə iri beynəlxalq şirkətlər və bank təşkilatlarının prezidentləri, baş direktorları və idarə heyətlərinin sədrləri daxildir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev də Ukrayna Milli İnvestisiya Şurasına üzv olub. (İnterfaks)