15 iyul 2019 20:24
1495

Maraqlı faktlar toplusu

  • Sağ əlini istifadə edən insanlar solaxaylardan orta hesabla 9 il daha çox yaşayır.
  • Əgər ayağınıza soğan sürtsəniz, təxminən bir saat sonra dadını ağzınızda hiss etməyə başlayacaqsınız. Çünki qan damarlarınıza işləyəcək.
  • İnsan orqanizminin 3 sm-lik hissəsində ən az 20 milyon mikroskopik canlı yaşayır.
  • Zürafələr susuzluğa dəvələrdən daha dözümlüdür.
  • Bir ilbiz 3-4 il yata bilər. Qidalanmağa ehtiyacı olmaz.
  • Qaranlıq otaqda saxlanılan qızıl balıqcığın rəngi get-gedə solur.
  • Kişilər qadınlardan 30 faiz daha güclüdür və beyinləri qadınların beynindən daha ağırdır.
  • Normal insan özü bilmədən ildə orta hesabla 430 həşərat udur.
  • Bir çovdar toxumu 640 km uzunluğunda kök verə bilər.
  • Merkuri planetinin səthinin temperaturu gün ərzində 430 dərəcəyə qalxır; gecə isə 180 dərəcəyə düşür.
  • Palıd və fıstıq ağacından buxarlanan hava bir gün ərzində təxminən 100 litrə çatır.
  • Kəpənəklər arxa ayaqları ilə qoxu alır və sütunları toxunma ilə aktivləşir.
  • Finlandiyada bitən şam ağaclarının kökü 50 kilometrdən çoxdur.
  • İndiyə qədər velosipedlə əldə edilən ən yüksək sürət 268 kilometrdir. Bu rekordu Fred Rompelberq adlı holland velosipedçi qırıb.
  • Neandertal insanın beyni bizim beynimizdən daha böyük olub.
  • 2.000 kilometr uzunluğundakı Böyük Mərcan Rifi dünyada yaşayan ən böyük canlıdır.
  • Autizmdən əzab çəkənlərin 65 faizi solaxaydır.
  • Qütb ayıları saatda 40 kilometr sürətlə qaça və 1,8 metr yüksəyə sıçraya bilir.
  • Bədəndə olan damarların uzunluğu təxminən 100 min kilometrdir. Bu uzunluqdakı bir iplə dünyanı  2,5 dəfə dövrə vurmaq olar.
  • Nəfəsi almadan dayanmaqla ölmək mümkün deyil. Çox saxlasanız, huşunuzu itirə bilərsiniz, sonra yenidən normal nəfəs almağa başlayarsınız.

Könül Əliyeva, “İki sahil”