“Ledi Berd” filminin Oskar mükafatçısı Qreta Qerviq rejissor Noa Baumbaxla birgə Barbi gəlinciyi üçün çəkiləcək filmə ssenari yazacaq.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, Qreta Qerviq, həmçinin filmin rejissoru da ola bilər. Filmdə baş rolu avstraliyalı aktrisa Marqo Robbi canlandıracaq.
Məlumatda bildirilir ki, bu rolu ona dünyada məşhur gəlincik istehsalçısı olan “Mattel” korporasiyası təklif edib. Layihədə şirkətin tərəfdaşı “Warner Bros” kinokompaniyasıdır.
Filmin süjet xəttinə görə baş qəhrəman mükəmməl olmadığı üçün Barbilənddən qovulur. Real həyatla təkbətək qalan Barbi anlayır ki, xoşbəxtliyin açarı mükəmməllikdə deyil.
Xatırladaq ki, ilk Barbi gəlinciyi 1959-cu ildə buraxılıb. Sonradan çeşid artaraq müxtəlif etnik qruplara, irqlərə hətta ixtisaslara mənsub olan gəlinciklər istehsal olunmağa başlayıb.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub