Roma 2022-ci ildə keçiriləcək su idman növləri üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürmək niyyətindədir.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, şəhərin meri Virciniya Raqqi bununla bağlı memorandum imzalayıb. Memorandumda şəhər meriyasının yarışlara ev sahibliyi etməkdə maraqlı olduğu diqqətə çatdırılıb.
Qeyd olunur ki, Roma 2009-cu ildə su idman növləri üzrə dünya çempionatına uğurla ev sahibliyi edib. Lakin V.Raqqi 2016-cı ildə şəhər meri seçildikdən sonra Romanın 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək təklifindən imtina edib.