29 aprel 2024 15:09
342

Mixail Fomenko vəfat etdi

Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq baş məşqçisi Mixail Fomenko vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.

Veteran futbolçu 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mixail Fomenko 2012-2016-cı illərdə Ukrayna millisini çalışdırıb, Komanda onun rəhbərliyi altında Avro-2016-da iştirak edib.