Günorta saatlarında bölgələrdə təbii qaz xətlərinə zədə yetirilməsi halları aşkarlanıb.
“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Beyləqan rayonunun xidmət sahəsinə daxil olan Dünyamallar və İmamverdilər kəndləri istiqamətində olan qaz xəttinə traktorla zədə yetirilib. Ona görə də, saat 13:10-dan etibarən təqribən 2500 abonentin qaz təchizatı dayandırılıb. Şabran rayonunun Sincanboyad kəndində də qaz xəttini avtomobillə vurub yararsız hala salıblar. Qeydə alınan hadisə aktlaşdırılıb. 85 abonentin qaz təchizatı dayandırılıb.
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib