Mərhum bəstəkar Tahir Əkbərin mahnıları oğurlanıb. Bu haqda onun ailəsi şikayət edib.
"İki sahil" Axşam.az-a istinadən bildirir ki, T.Əkbərin bəstələdiyi, sözləri Nəbi Xəzriyə aid olan "Heç küsməyin yeridirmi" mahnısını erməni musiqiçi Qagik Stepanyan oğurlayıb. O, musiqiyə erməni dilində sözlər yazıb. "Qaqoyi par" adını verdiyi mahnı "Youtube"da yerləşdirilib.
Bildirilib ki, T.Əkbərin oğurlanan digər bəstəsi "Amin"dir. belə ki, İranda mahnının sözləri çıxarılıb və dini musiqi kimi təqdim olunub.
Qeyd edək ki, bundan əvvəl T.Əkbərin "Əzizim" bəstəsi Türkiyədə bir müğənni tərəfindən oğurlanmışdı.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub