Rusiyada nəşr olunan “Maxim” jurnalı internetdə keçirdiyi virtual səsvermədə ölkənin ən gözəl qadınını seçib.
"İki sahil" Teleqraf.com-a istinadən xəbər verir ki, hər il keçirilən ənənəvi səsvermənin qalibi Voloqda şəhərində yaşayan 26 yaşlı Viktoriya Tsuranova olub.
Viktoriya Tsuranova Rusiyadan qatılan 100 rəqibini geridə qoyaraq, ən yüksək kürsüyə qalxmağı bacarıb.
Viktoriyanın fotosu “Maxim”in sentyabr ayında nəşr olunacaq növbəti sayının üz qabığında yer alacaq.
Sosial şəbəkədə aktiv olan Tsuranova gözəlliyini izləyiciləri üçün paylaşmaqdan çəkinmir. Bol-bol idman və yoqa ilə məşğul olan cazibədar qadın eyni zamanda universitet tələbəsidir.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub