Brodvey Teatrının rejissor və prodüseri Harold Prins 91 yaşında vəfat edib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “Assoşieyted Press” agentliyi yayıb.
Agentliyin publisisti Rik Miramontesin məlumatına görə, rejissor qısa sürən xəstəlikdən sonra İslandiyanın Reykyavik şəhərində dünyasını dəyişib.
Harold Prins “Opera kabusu”, “Kabare”, “Vest Sayd əhvalatı” və “Suini Todd” kimi müzikllərə quruluş verib. O, 21 dəfə “Toni” mükafatının laureatı olub.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub