“Harri Potter və fəlsəfə daşı” kitabının raritet birinci nəşri 34 min 200 funt sterlinqə, yəni 41 min dollara satılıb.
AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu kitab 1997-ci ildə 500 nüsxə tirajla çapdan çıxıb. “Hansons Auctioneers” hərrac evinin kitab şöbəsinin müdiri Cim Spenser bildirib ki, birinci tirajın kitablarının çoxu məktəb və kitabxanalara verilib. Buna görə də həmin nüsxə nadir sayılır.
Kitabın ilk nəşrinin qiyməti cəmi bir funt sterlinq olub.
Hərrac “Harri Potter”in müəllifi Coan Roulinqin ad günündə keçirilib. Raritet nəşri Böyük britaniyalı kolleksiyaçı alıb.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub