Attestatsız universitetə qəbul olan tələbəyə JEST: Təhsil haqqını mən verəcəm
Xəbər verdiyimiz kimi Azərbaycan Dillər Universitetində (ADU) attestatı olmayan abituriyent tələbə adına layiq görülüb.
Gənc müğənni Mehin Hümbətova sosial şəbəkə hesabında Universitetin Tərcümə fakültəsinin Fransız dili ixtisasına qəlub olan Orxan Bağızadənin təhsil haqqını ödəməyi öz üzərimə götürmək istədiyini deyib:
“Bu hadisənin yaşandığına görə çox təəssüf edirəm. Belə valideynlərə ayıb olsun! Övladının gələcəyi ilə oynayan, seçiminə qarışan insan valideyn adına ləkədir. Orxanı tanıyan kimsə varsa, xahiş edirəm, mənimlə əlaqələndirin. Onun təhsil haqqını öz üzərimə götürərəm”.
ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı isə Orxana bir semestr boyunca hər ay 100 manat təqaüd ayrıldığını, hər ay pulsuz yemək talonları veriləcəyini və əlavə maddi yardım ediləcəyini bildirib.
Xatırladaq ki, O.Bağızadənin illik təhsil haqqı 1000 manat təşkil edir. (axar.az)
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub