Əməkdar artist Mətanət İsgəndərli bəstəkar Cabbar Musayevin Könül Kərimovadan başqa müğənnilərə mahnı vermədiyini bildirib.
"İki sahil" Yenicag.az-a istinadla xəbər verir ki, M.İsgəndərli bunun səbəbini açıqlayıb:
"Hamı elə bilir ki, Könül qoymur, qulağımla eşitmişəm. Cabbar, səndən bir xahişim var, bütün müğənnilər üçün yaz, bir güllə bahar olmaz. Niyə başqa müğənnilərə mahnı vermirsən? Elə mənə də mahnı verməmisən, bu faktdır".
Könül Kərimova bu sözlərlə razılaşmayıb:
O, Cabbarın mahnılarını bütün müğənnilərə özü verdiyini bildirib: "Kim Cabbarın mahnısın oxuyursa, o mənim təşəbbüsümdür. Cabbarın bütün külliyatını yığmışam. Kim hansı mahnını istəsə, seçib götürəcək".
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub