Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyi Oğuz, İsmayıllı və Qəbələdə vətəndaş qəbulu keçirəcək.
Komitədən AZƏRTAC-a bildirilib ki, qurumun sədri Kərəm Həsənov avqustun 31-də Oğuzda həmin rayonun sakinlərini fərdi qaydada qəbul edəcək. Komitə sədri tərəfindən qəbul saat 11:00-da Oğuz şəhərində yerləşən Oğuz Olimpiya İdman Kompleksində keçiriləcək.
Komitənin sədr müavini Rafiq Cəlilov həmin gün Qəbələ şəhərində, sədrin digər müavini Rüstəm Şahbazov isə avqustun 29-da İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək. Komitənin sədr müavinləri tərəfindən qəbullar saat 11:00-da müvafiq olaraq Qəbələ şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində və İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər mövzularla bağlı vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbulda qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin “[email protected]” elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105); Əlaqədar şəxs: Samir Salıfov – (050) 800-50-65; Əmlak Məsələləri Dövlət Komitəsinin Qəbələ ərazi şöbəsi: (02420) 5-26-44, (02420) 5-27-74, (02421) 5-26-44; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi: (02421) 5-37-16, (02421) 5-37-48, (02028) 5-35-05.