Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə hamiliyə verilən gənc rəssamlar arasında “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında keçirilən rəsm müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Rəssamlar Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Naxçıvan Dövlət, “Naxçıvan” universitetləri, Naxçıvan Müəllimlər İnstitutu və Texniki Kollecdən 12 istedadlı gənc iştirak edib.
Gənc rəssamların müxtəlif mövzularda və janrlarda işlədikləri rəsmlər maraqla qarşılanıb. Doğma diyarımızın tarixi keçmişi, zəngin təbiəti, bugünkü inkişaf prosesləri onların rəsmlərində özünəməxsus çalarlarla öz əksini tapıb.
Müsabiqədə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və tanınmış rəssam Rəfael Qədimovun təmsil olunduğu münsiflər heyəti tərəfindən birinci yerə bir, ikinci yerə iki, üçüncü yerə isə üç nəfər layiq görülüb. Digər gənc rəssamlar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub