Güclü “Linqlinq” qasırğası sürətlə Cənubi Koreyaya doğru hərəkət edir.
AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, qasırğa günorta saatlarında ölkənin ən cənubunda yerləşən Çedju adasına çatacaq. Təbii fəlakət səbəbindən ada ərazisində 25 aviareys ləğv olunub, 14 sərnişin gəmisinə dənizə çıxmaq qadağan edilib, 300 yük gəmisi İnçhon limanından çıxarılıb.
Sinoptiklərin məlumatına əsasən, “Linqlinq” qasırğasının daxilində küləyin sürətinin saatda 200 kilometrə çatır. Təbii fəlakət səbəbindən bütün ölkə ərazisində təhlükə xəbərdarlığı elan edilib. “Linqlinq” bu mövsümdə artıq 13-cü qasırğa olacaq
                                
                                    
                                    
                                
                                
                                
                                    Ukrayna Silahlı Qüvvələrində təxminən 2000 Kolumbiyalı muzdlu döyüşür - Die Welt