Qubanın Küsnətqazma kəndində ayılar sakinlərin mal-qarasına hücum edib.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, ayılar son bir neçə gündə 6 baş heyvanı parçalayıb, ikisini isə yaralayıb.
Sakinlərin bildirdiyinə görə, həm çöl şəraitində otlayan mal-qara, həm də həyətdə bağlı inəklər vəhşi heyvanların hücumuna məruz qalıb. Dağ kəndlərində ayıların heyvanlara hücumu qeydə alınsa da, son bir ayda bu kimi faktların sayı çoxalıb.
Faktla bağlı müvafiq təşkilatlara müraciət olunub.