Sentyabrın 12-də Almaniyanın paytaxtında Azərbaycanın Xalq artisti Emin Ağalarovun (EMIN) konserti olub.
AZƏRTAC xəbər verir ki, konsert EMIN-in Berlinlə yanaşı, Hamburq və Noys şəhərlərini də əhatə edəcək “Good Love” qastrolları çərçivəsində təşkil edilib. Anşlaqla keçən konsertdə Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri və EMIN-in yaradıcılığının Berlindəki pərəstişkarları iştirak ediblər.
Qastrollar çərçivəsində bu gün Hamburqda, sentyabrın 14-də isə Noysda növbəti konsertlər olacaq.