Son bir neçə gün ərzində Mənzil Tikinti Kooperativləri (MTK) üzrə 20 mənzil və 91 fərdi yaşayış evi müvafiq sənədləşdirmə aparılmaqla istismara qəbul olunub. "İki sahil" xəbər verir ki, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin məlumatına görə, 115 yeni abonentə kod, 150 abonentə kart açılıb, 84 abonentlə təbii qazın alqı-satqısına dair müqavilə bağlanıb. 14 qeyri-əhali sektoru üzrə yeni obyektə rəy, 7 yeni obyektə qaz verilib. 81 fərdi yaşayış evinə texniki şərtin sorğu blankının verilməsi üçün baxış keçirilib, 6 fərdi yaşayış evinə isə qazın verilişi təmin olunub. Bundan başqa, MTK-lardan baxılması üçün daha 19 ərizə daxil olub.
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib