Ötən il SOCAR-ın təbii qaz hasilatı əvvəlki illə müqayisədə 0,5 milyard kubmetrədək artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.
Hesabata görə, şirkətin qaz istehsalı 2016-cı ildə 6 milyard 266,8 milyon kubmetr, 2017-ci ildə 6 milyard 89,1 milyon kubmetr, keçən il isə 6 milyard 525,6 milyon kubmetr olub.
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib