Gənc pianoçunun klassik musiqini notsuz ifa etməsi diqqətimdən yayınmadı. Bununla o, istedadını göstərdi. İstedadlı və çox çalışqan musiqiçidir. Dinləyicilər onun ifasını çox sevdikləri üçün proqramdan əlavə musiqi ifa etməsini istədilər. Gəncliyimdə piano ifa etdiyim üçün musiqiyə çox həssasam.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fransadakı səfirliyimizin dəstəyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Dostları Assosiasiyasının (ADA) birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizdə qadınlara səsvermə hüquq verilməsinin 100 illiyi münasibətilə təşkil olunmuş konsertdən sonra Qrasi Kleman söyləyib.
Bildirib ki, musiqimizi çox sevir. Ölkəmizdə səfərdə olub və bütün tanışlarına Azərbaycana səfər etməyi tövsiyə edir.
“Gözəl ölkədir və insanlar çox qonaqpərvərdirlər. Bu gənc, istedadlı pianoçunun konsertindən sonra ölkənizi daha çox sevdim”,-deyə Q. Kleman deyib.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub