“Azəriqaz” İstehsalat Birliyinin müvafiq strukturlarında qışa hazırlıqla əlaqədar qaz xətləri üzərində quraşdırılmış avadanlıqlara texniki qulluq olunur. Birliyin Tərtər Regional qaz istismarı İdarəsində qazpaylayıcı şkafların süzgəcləri təmizlənir, ölçü qovşaqlarında çəpərləmə işləri aparılır. Abonentləri fasiləsiz qazla təmin etmək üçün “Azəriqaz” İB-nin bütün Regional Qaz İstismar İdarələrində (RQİİ) belə tədbirlərin mütəmadi keçirilməsi planlaşdırılır.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib